Zaxarova: Qarabağda sülhməramlılarının fəaliyyəti şəraitə uyğunlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: Qarabağda sülhməramlılarının fəaliyyəti şəraitə uyğunlaşdırılacaq

Siyasət

10 Oktyabr 2023 17:20 487


Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib: Dördpendirli pizza

“2022-ci ilin oktyabrında Ermənistan Baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunun Azərbaycanın ərazisi kimi tanıyıb. O bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yeridilməsi şərtləri ciddi şəkildə dəyişib.

19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə region tərk etməsi fonunda sülhməramlılarının fəaliyyəti (mövcüd şəraitə - red) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib. Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi Bakı ilə müzakirə olunur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!