Fevralın 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına dair rəsmi Moskva narazılığını ifadə edir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz belə bəyanatları son dərəcə mənfi qiymətləndiririk. İlk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir. Məncə, o, Qərb ölkələrində kiməsə xoş gəlmək və ya ola bilsin ki, sadəcə olaraq Rusiyanı tənqid etmək üçün bəhanə axtarmaq məqsədilə bunu edir. Nerkin And kəndi ərazisində rusiyalı hərbçi yoxdur. Orada erməni tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə Rusiya FTX-nin sərhəd xidmətinin postu yaradılıb", - deyə Zaxarova vurğulayıb. Dominos pizza
O bildirib ki, Rusiya XİN bu ölkənin nümayəndələrini ləkələmək cəhdlərini səmərəsiz hesab edir.
Telegram kanalımız