Zəfər günəşi şəhidlərimizin qanı ilə parladı...

saytların hazırlanması

Evə çatdırılma

Zəfər günəşi şəhidlərimizin qanı ilə parladı...

Sosial

14 Avqust 2024 15:49 531


Şəhid adı vətən üçün, xalq üçün ən müqəddəs məqamdır. Vətən yolunda canından keçən kim əziz olmaz ki, xalqına, torpağına? Şəhidlik vətənin köksündəki bir zirvədir. Bu zirvəyə qan tökmədən, canını qurban etmədən yüksəlmək mümkün deyil. 

44 günlük Vətən müharibəsində savaşan igid oğullarımız təkcə xalqını, vətənini qorumaqla yetinmədi. Onlar alnımızdan illərin qara ləkəsini bir andaca yox etdilər və bununla da yetinmədilər. Zəfər günəşi şəhidlərimizin qanı ilə parladı, alışdı, yandı... 

Öz canını ortaya qoyaraq bu savaşı qazanan igidlər təkcə qələbə çalmadı. Qəhrəmanlarımızın sayəsində tarixi ədalət də öz yerini tapdı. Tarix tökülən qanlarla yenidən yazıldı.  Pepperoni pizza

Analarının xınalı quzusu böyüyüb atalarının cəngavərləri oldu. Vətən üçün birlik olub, savaşdan keçən qələbə yoluna qədəm qoydular. Bir an belə bu yoldan dönməyi düşünmədən, ailələrini ana vətənə əmanət edib, özləri də el-oba üçün sevə-sevə can verdilər. 

Vətən cəngavər oğullarından biri də Lerikin qoynundakı dağlarda yetişən, əyilməz, sarsılmaz, vətəni düşmənin xain əllərində qalmağa qoymayan şəhid Babazeynal Babazadədir. 

Babazeynal Maqsud oğlu Babazadə 2001-ci il, iyulun 3-də Lerik rayonunun Aşağı Amburdərə kəndində dünyaya gəlib. Ailədə 7 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini 9-cu sinfə qədər kənd natamam orta məktəbində, daha sonra Lerik rayon şəhid Fəxrəddin Şahbazov tam orta məktəbində davam etdirib.

Təhsilini başa vurduqdan sonra bir müddət Bakı şəhərində işləyib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb.

Vətən müharibəsi başladığı gündən Babazeynal da torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşlərə qatılıb, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək, onlarla erməni əsgərini məhv edir. Qəhrəman əsgər oktyabrın 6-da Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Nəşi doğulub, boya-başa çatdığı Aşağı Amburdərə kəndində böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyinə görə", "Laçının azad olunması uğrunda, "Suqovuşanın azad olunması uğrunda" , “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Ruhun şad olsun, igid! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!