Zelenski Makronu seçim qarşısında qoydu

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Makronu seçim qarşısında qoydu

Dünya

21 Aprel 2022 15:06 369


"Emmanuel Makron və onun ölkəsi biznes, pul və ya azadlıq uğrunda mübarizə arasında seçim etməlidir".

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Zelenski Fransanın BFM TV telekanalına müsahibəsində deyib.

“Bu gün dünyanın bir çox liderləri burada olmalıdır. inanıram ki, Makron Buçadakı hadisələri soyqırımı kimi qəbul edəcək. Mən onu, eləcə də hər bir lideri buraya dəvət edirəm”, - deyə Zelenski vurğulayıb. pizza mizza

Prezident qeyd edib ki, Makronla şəxsi əlaqələri sayəsində Ukrayna ilə Fransa arasında münasibətlər yaxşılaşıb:

"Düşünürəm ki, bu, onun üçün çox çətindir. Çünki Fransadakı bir çox biznes sahəsi Rusiyadan gələn pul sayəsində mövcuddur. Bu, Rusiya və Fransanın tarixi ilə bağlıdır. Başa düşürük ki, bir çox rus elitaları Fransada dincəlmək və burada yatırımlar etməyə üstünlük verir. Ona görə də hər kəs rus pulunun zəifləməsini, oliqarxlar biznesinin əllərindən alınmasının Fransaya təsirini başa düşür. Ancaq prezident Makron biznes, pul, ya da azadlıq, insan haqları, ədalət uğrundakı mübarizə arasında seçim etməlidirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!