Zelenski müharibənin başa çatacağı vaxtı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski müharibənin başa çatacağı vaxtı açıqladı

Dünya

27 İyun 2022 16:24 1126


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibənin qışa qədər bitəcəyini gözləyir. 

O, bu arzusunu iyunun 27-də “G7” liderlərinin sammitində videobağlantı vasitəsilə səsləndirib.

Vladimir Zelenski “Böyük yeddilik” dövlətlərini rəhbərlərindən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını və digər təhlükəsizlik təminatlarını tələb edib. pizza sifarişi

Bundan başqa, Ukrayna lideri ölkə taxılının ixracatına və bununla bağlı yolların bərpasına köməklik göstərilməsini istəyib.

"Mən Berlində keçirilən G7 liderlərinin sammitində videokonfrans vasitəsilə çıxış etdim. Ukrayna bu dövlətlərin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə ölkəmizə müdafiə və maliyyə yardımına görə təşəkkür edirik. “G7” ölkələrinin sanksiyalarla bağlı mövqeyi bizim üçün çox vacibdir. Onlar təcavüzkarın ixrac etdiyi neftin qiymətinin məhdudlaşdırılması metodu da daxil olmaqla, daha çox iş görə bilərlər”, - deyə Vladimir Zelenski özü sosial şəbəkələrdə ictimaiyyəti məlumatlandırıb. /Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!