Zelenski: “Ölkədəki cəbhə xətti min kilometrə çatır”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Ölkədəki cəbhə xətti min kilometrə çatır”

Dünya

02 İyun 2022 15:48 797


“Rusiya qoşunları Ukraynada 3 620 yaşayış məntəqəsini işğal edib. Onlardan 1 017-si artıq azad edilib. Daha 2 603 yaşayış məntəqəsi isə hələ azad edilməlidir”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinin deputatları qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisinin təqribən 20 %-i işğal altındadır: “Demək olar, 125 min kvadrat kilometr. Bu, bütün Benilüks ölkələrinin ümumi ərazisindən xeyli çoxdur”. Dominos pizza

Dövlət başçısı həmçinin 300 min kvadrat km ərazinin partlamamış mina və mərmilərlə çirkləndiyini vurğulayıb.

V.Zelenski qeyd edib ki, hazırda Ukraynada cəbhə xətti minlərlə kilometrə çatır:

“Ölkəmizin şərqindəki Xarkovdan cənubda Nikolayevə qədər geniş ərazi üzərində döyüşlər davam edir. Onların arasında 454 kilometr düz xətt var. Amma bütün cəbhə xəttinə nəzər salsanız, bu, əlbəttə ki, heç də düz xətt deyil, bu xətt min kilometrdən uzundur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!