Zəlzələdən BTC-yə ziyan dəyməyib - Rəsmi

Zəlzələdən BTC-yə ziyan dəyməyib - Rəsmi

Dünya

06 Fevral 2023 14:03 421


Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika nazirliyinin nümayəndəsi məlumat yayıb.

İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir.

Hazırda bu məsələ ilə bağlı təcili toplantı keçirilir.

Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!