Zəngəzur ətrafında gərginlik artır: İran-Türkiyə müharibəsi başlaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur ətrafında gərginlik artır: İran-Türkiyə müharibəsi başlaya bilər

Siyasət

15 Sentyabr 2023 11:09 26560


Bu, Azərbaycanla birbaşa əlaqə yaradacaq, Türkiyə onun vasitəsilə Orta Asiyanın türk respublikaları ilə əlaqə quracaq. 

Axar.az xəbər verir ki, bunu türkiyəli analitik Əhməd Sandal deyib.

Onun sözlərinə görə, İranı Zəngəzur dəhlizinə qarşı çıxmağa məcbur edən də sonuncu faktordur: Sezar pizza

“Türkiyənin bölgədəki ən böyük rəqibi İrandır. Türkiyəyə İraq və Suriyada problem yaradan İran Zəngəzur dəhlizi məsələsində də bunu edəcək. Bu prosesin qarşısını almaq üçün İran müharibəyə də gedə bilər”.

Sandal bildirib ki, İranla müharibə Türkiyənin xeyrinə olmayacaq və Ankara müharibənin olmaması üçün hər şeyi etməlidir:

“Çünki bu müharibədə qalib İsrail və ABŞ olacaq. Türkiyə 200 ildir İranla vuruşmur. Bunu nəzərə almaq və İranla gərgin prosesdən uzaq durmaq lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!