Zərdabda oğurluq edən şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda oğurluq edən şəxslər tutuldu

Kriminal

28 Fevral 2023 11:51 782


Zərdabda transformatorlardan elektrik açarlarını oğurlayan şəxslər saxlanılıblar. 

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinən Sumqayıt şəhər sakini Elnur Əsədov və Bakı şəhər sakini Kamal Piriyev müəyyən olunaraq istintaqa cəlb olunublar. 

Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri ilə müəyyən edilib ki, E.Əsədov və K.Piriyev cari ilin yanvar və fevral ayları ərzində rayonun Hüseynxanlı, Gəlmə, İsaqbağı və Qaravəlli kəndləri ərazisində yerləşən 6, eləcə də şəhər ərazisində yerləşən bir transformatordan ümumilikdə 24 ədəd elektrik açarı oğurlayaraq rayonun elektrik şəbəkəsinə 7100 manat ziyan vurublar. Dördpendirli pizza

Açarların bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, əldə etdikləri pulları öz aralarında bölüblər. Elektrik açarlarının bir qismi, eləcə də onların oğurluq hadisəsi zamanı istifadə etdikləri alətlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!