Zərif: Ruslar İran PUA-larına dair məlumatı sızdırıb

saytların hazırlanması

Evə çatdırılma

Zərif: Ruslar İran PUA-larına dair məlumatı sızdırıb

Dünya

13 Noyabr 2023 15:33 666


Təəssüf ki, Ukraynada Rusiyanın sayəsində məğlub olduq.

Yenisabah.az Didban-e Iran-a istinadla xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, müxtəlif spektrlərdən olan fəalların iştirak etdiyi tədbirdə çıxış edib. Sezar pizza

Sabiq XİN rəhbəri deyib: "Rusiyalılar həm İrandan pilotsuz təyyarələr alıb, həm də özləri bu məlumatı sızdırıblar. Bu, nüvə sazişi müzakirələri üçün çox dəhşətli dəlil ola bilər. Onlar üçün dəqiq, bizim üçün təhlükəli".

Qeyd edək ki, bununla bərabər sosial şəbəkələrdə İranın Aerakosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin rusiyalı vəzifədaşı Sergey Surovkinlə danışıqlarına dair video sızdırılıb. 2019-cu ilin yayında çəkilən həmin görüntülərdə Hacızadə rusiyalı generala deyir: "Siz bizə aerakosmik qüvvələrin yaradılmasında kömək edin, biz də sizə PUA qüvvələri yaratmaqda".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!