Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Kriminal

13 Sentyabr 2024 19:50 924


Hazırda həbsdə olan iş adamı Ziya Hüseynzadə model Razi Əliyevanı məhkəməyə verib.

Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş adamının iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ramin Xəlilov iş üzrə hakim təyin edilib. Toyuqlu pizza

Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, məhkəmə çəkişməsi əmlakla bağlıdır.

Razi Əliyeva Ziya Hüseynzadənin keçmiş sevgilisi olub. O, ötən il Razi Əliyevanı döyməkdə ittiham edilərək həbs olunub.

Hazırda iş adamının məhkəməsi davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!