Zurabişvili:  “Gürcü arzusu” təxribatla məşğuldur

saytların hazırlanması

Evə çatdırılma

Zurabişvili: “Gürcü arzusu” təxribatla məşğuldur

Dünya

04 Aprel 2024 14:40 539


Salome Zurabişvili “Gürcü arzusu” partiyasını Gürcüstanın Aİ-yə gələcək inteqrasiyasını sabotaj etməkdə ittiham edib.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, o, hakim partiyanın “Xarici agentlər haqqında” qanunun qəbuluna ikinci cəhdi ilə bağlı brifinqdə deyib: “Ağıl gələn yeganə söz təxribatdır”.

Bununla bərabər, o, “Rusiya qanunu” ifadəsini işlədib. pizza

Zurabişvilinin sözlərinə görə, ötən ilin dekabrında “Arzu” Gürcüstana Aİ-yə namizəd statusunun verilməsində fəal rol alıb.

“Həmin ritorika bir müddət davam etdi, amma bu gün hər şey aydındır: “Gürcü arzusu” özünü çox açıq şəkildə bəyan etdi, bütün istiqamətlərdə Avropaya “YOX” dedi... Biz Avropadan bir növ avans aldıq, bu gün isə “Gürcü arzusu” yolumuzu və gələcəyimizi sabotaj edir. Ağlıma gələn yeganə söz təxribatdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!