10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

10 aydır komada olan Vətən Müharibəsi qazisi vəfat etdi

Hadisə

29 May 2022 14:53 1122


Vətən Müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.

Yenisabah.az xəbər verir ki, qazi bu gün dünyasını dəyişib.

Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb. pizza sifarişi

Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.

Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

"Azəriqaz"ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!