2 dəqiqəyə 4,5 milyon qazandı

saytların hazırlanması

Evə çatdırılma

2 dəqiqəyə 4,5 milyon qazandı

Şou

15 May 2023 00:20 962


Rusiyalı məşhur Eqor Qrid məktəblərdə keçirilən "Разговоры о важном" təşəbbüsü üçün iki dəqiqəlik videoçarx hazırlayıb.

Yenisabah.az xəbər verir ki, ifaçı bunun üçün 4,5 milyon rubl alıb. "Mash" teleqram kanalının məlumatına görə, Eqor yanvarın 23-də rusiyalı məktəblilərə nümayiş etdirdiyi video onlayn fırıldaqçılığa həsr olunub. Musiqiçi internetdə yayılan yalan məlumatı həqiqətdən necə ayırmağı izah edib. 

Məktəb müəllimləri onun işbirliyindən pul almayacağını düşünsələr də, ifaçı onları məyus edib. O, qonorarsız iş görməyəcəyini bildirib. pizza sifarişi

Qeyd edək ki, Eqor bundan əvvəl vergi borcu olduğu üçün dövlətə 1 milyon rubl ödəyib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!