2 qadın dələduzluğa görə müəllimlikdən məhrum olundu

saytların hazırlanması

Evə çatdırılma

2 qadın dələduzluğa görə müəllimlikdən məhrum olundu

Kriminal

12 İyun 2023 11:36 988


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iki müəllimin məhkəməsi başa çatıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən 200 saylı məktəbin ibtidai sinif müəllimi Billurə İsmayılova və 71 saylı məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qocayevaya iyunun 5-də hökm oxunub.

Məhkəmə müəllimləri dələduzluqda təqsirli bilərək onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manat cərimə edilməsinə hökm edib. pizza sifarişi

Araşdırmalar zamanı məlum olub ki, B.İsmayılova 2016-cı ildə 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə 38 000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb.

O, rəfiqəsi, 71 saylı məktəbin müəllimi Z.Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edərək onları məktəbdə görüşdürüb. Bu vədlə o, məktəb direktorunun müavinindən 38 000 manat alaraq dələduzluq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!