20 mindən çox şagird buraxılış imtahanı verəcək

saytların hazırlanması

Evə çatdırılma

20 mindən çox şagird buraxılış imtahanı verəcək

Sosial

10 Sentyabr 2020 07:17 728


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirəcək.

DİM-dən “Yeni Sabah”a bildirilib ki, imtahanlar respublikanın 15 şəhər və rayonunda - Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahanın nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. Dominos pizza

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək tövsiyə olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!