Balakəndə 24 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxs tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polis şöbəsinə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Vüqar Əlizadə şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. pizza sifarişi
Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.
Telegram kanalımız