3 yaşayış massivində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

3 yaşayış massivində qaz olmayacaq

Sosial

12 İyun 2024 09:45 266


Bu gün Bakının Qaradağ rayonunun 3 yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Qobustan” qazpaylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, "Ələt” QPS-dən qidalanan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması ilə əlaqədar iyunun 12-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq. Dördpendirli pizza

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!