Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, onun əlamətləri 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub. pizza
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
Telegram kanalımız