429 təyyarə, 235 helikopter, 4353 PUA... - Rusiya Ukraynanın itkilərini açıqladı

429 təyyarə, 235 helikopter, 4353 PUA... - Rusiya Ukraynanın itkilərini açıqladı

Dünya Veb saytların hazırlanması

27 May 2023 23:59 628


Rusiya müharibənin 458-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. 

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 429 təyyarəsi, 235 helikopteri, 4353 PUA-sı, 424 zenit-raket kompleksi, 9310 tank və digər zirehli texnikası, 1100 reaktiv yaylım atəş sistemi, 4919 artilleriya və minaatanı, 10 481 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!