Türkiyəni sarsıdan iki böyük zəlzələdən sonra bölgədə axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraşda 56 saat sonra dağıntılar altından bir yaş yarımlıq körpə çıxarılıb.
“Havaların soyuq keçməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları sağ qalanları çıxarmaq üçün var gücləriylə çalışırlar. Bölgədən xilas olunma xəbərləri isə bir-birinin ardınca gəlir. pizza hut
Kahramanmaraşda isə yaş yarımlıq Masal adlı körpə 56 saatdan sonra dağıntılar altından çıxarılıb. Körpə atasına təhvil verildikdən sonra onun hamilə anası da dağıntılar altından xilas edilib”, - məlumatda deyilir.
Bundan əlavə, bildirilib ki, anası qızının ölməməsi üçün onu dağıntıların altında əmizdirib.
Telegram kanalımız