7 yaşlı uşağı öldürən Mehmandan xəbər var 

saytların hazırlanması

Evə çatdırılma

7 yaşlı uşağı öldürən Mehmandan xəbər var 

Kriminal

14 Mart 2024 16:39 1230


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məşqçi Mehman Xəlilovun cinayət işi üzrə proses yekunlaşmaq üzrədir. 

Musavat.com xəbər verir ki, martın 14-də keçirilən qapalı prosesdə məşqçinin vəkili Anar Qasımlı müdafiə çıxışı edib.

Vəkil müvəkkilinə əməlinə görə həddən artıq ağır ittiham verildiyini məhkəmənin diqqətinə çatdırıb. O, müvəkkili Mehman Xəlilova Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilməli olduğunu və həmin maddənin sanksiyası həddində cəzalandırılmalı olduğunu qeyd edib Marqarita pizza

Ağır cinayətdə ittiham olunan məşqçiyə hakimlər son söz demək üçün martın 19-na qədər vaxt verib.

Yada salaq ki, ötən prosesdə çıxış edən prokuror Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Hadisə ötən ilin aprelin 29-da baş verib. İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi 7 yaşlı Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. Məşqçi o zamandan həbsdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!