700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq

Sosial

20 Avqust 2020 17:12 764


Koronavirus pandemiyası səbəbindən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edildiyinə görə və ölkənin sərhədləri bağlandıqdan sonra Azərbaycanda minlərlə Rusiya Federasiyasının vətəndaşı qalıb.

Yenisabah.az xəbər verir ki, bu müddət ərzində Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması məqsədilə lazımi şəraitin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən Rusiyanın Bakıdakı Səfirliyinə hərtərəfli dəstək göstərilib.

Rusiya tərəfindən təxliyyələr quru və hava yolu ilə həyata keçirilib. Toyuqlu pizza

İndiyə qədər ümumilikdə 4 mindən artıq Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunub. 

Avqustun 20-də 700-ə yaxın Rusiya vətəndaşının da Dağıstan vasitəsilə Rusiya Federasiyası ərazisinə keçidi nəzərdə tutulur.

Təxliyyələr Rusiya Federasiyasının aidiyyəti qurumlarının müəyyən etdiyi xüsusi prosedur və qaydalara uyğun şəkildə dövri əsasda həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!