Bakıda mənzildə 91 yaşlı kişinin meyiti tapılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Dördpendirli pizza
Telegram kanalımız