YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
ABŞ-da qasırğa: Azı 15 nəfər ölüb

ABŞ-da qasırğa: Azı 15 nəfər ölüb

Dünya

30 Sentyabr 2022 08:43 493


ABŞ-ın Florida ştatında "İan" qasırğası zamanı azı 15 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden qasırğası xeyli insan itkisinə səbəb ola biləcəyini dilə gətirib:

"Bu, Florida tarixindəki ən ölümcül fırtına ola bilər. Əldə etdiyimiz rəqəmlər qəti şəkildə aydın deyil, lakin daxil olan xəbərlər əhəmiyyətli insan itkilərinin ola biləcəyini göstərir".

Bayden, həmçinin yerli məmurlara dəstək vəd edib və federal hökumətin dağıntıların təmizlənməsi və ictimai binaların bərpası üçün bütün xərcləri qarşılayacağını bildirib.

Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Rəsmi şəxslər indiyədək “İan” qasırğası nəticəsində azı 15 nəfərin öldüyünü təsdiqləyiblər, itkilərin sayının artacağı gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!