ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan açıqlayıb.
“Bu həftə əlavə sanksiya elanlarını gözləyə bilərsiniz. Müttəfiqlərimiz və tərəfdaşlarımızla onların dəqiq parametrlərini razılaşdırırıq", - deyə o vurğulayıb. pizza sifarişi
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynanın Buça şəhərində baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini tələb etdiyini və yaxın vaxtlarda bunları açıqlayacağını bildirib.
Telegram kanalımız