İran hazırda ABŞ ilə heç bir danışıqlar aparmır.
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"Heç vaxt milli maraqlarımızı müdafiə etmək üçün diplomatik vasitələrdən istifadə etməkdən çəkinməmişik. Qarşı tərəf İrana qarşı təcavüz və hücumlarla məşğul olsa da, diqqətimiz yalnız müdafiəyə yönəlib... Hazırda ABŞ ilə heç bir danışıqlar aparılmır". pizza mizza
Bəqai əlavə edib ki, ABŞ mövqeyini dəyişməyincə, onlarla məqbul diplomatik prosesə başlamaq mümkün deyil.
Telegram kanalımız