2 müharibə görmüş xalq çörəyin qədrini niyə bilmir? - “Ucuz olduğuna görə...”

saytların hazırlanması

Evə çatdırılma

2 müharibə görmüş xalq çörəyin qədrini niyə bilmir? - “Ucuz olduğuna görə...”

Sosial

27 İyul 2026 16:11 180


Zibil yeşiklərinin yanından keçərkən çörəklə dolu sellofan torbaları görmək adamın ürəyini ağrıdır.

“Blirik ki, bu gün çörək var və yaxın gələcəkdə də olacaq. Amma onun qədrini bilmirik”.

Bunu “Yeni Sabah”a şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib. pizza mizza

“Biz müharibədən (İkinci Dünya müharibəsi – red.) sonrakı dövrü yaşamamışıq. O dövrün adamları bir tikə çörəyin qiymətini çox yaxşı bilirdilər. Biz isə çörəyin bol olduğu bir dövrdə yaşayırıq. Ona görə də çörəyin yoxluğunu təsəvvür etmirik, bərəkətin qədrini isə getdikcə unuduruq”.

B.Vəziroğlunun sözlərinə görə, çörəklə bərabər, bir çox dəyərlər aşılanıb:

“Mən o dövrü yaşamamışam, amma deyilənlərə görə, əvvəllər abır-həyalı, ismətli, sözükeçən bir ağsaqqalın cəmiyyətdə böyük nüfuzu var idi. İnsanlar onun fikrinə hörmətlə yanaşır, sözünü dinləyirdilər. Bu dəyərlərin qorunması isə cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

İnsanı onun şəxsi keyfiyyətlərinə görə deyil, sahib olduqlarına görə qiymətləndirirlər. Səmimilikdən çox uzaqlaşmışıq, riyakarlıq isə artıb. Bütün günahları televiziyaların üzərinə atırıq, amma özümüzü heç vaxt sorğulamırıq. Deyirik ki, guya televiziyalar tərbiyəmizi pozur, zövqümüzü korlayır. Halbuki televiziya cəmiyyətin güzgüsüdür. Məsələn, Almaniyada niyə bu tip verilişlər yoxdur? Çünki cəmiyyət bunu tələb etmir. Alman işinə məsuliyyətlə yanaşır, vaxtında işləyir, planlı yaşayır, işini bitirib istirahət edir. Onlar israfı sevmirlər, mümkün qədər kiçik, yanacağa qənaət edən, ekoloji cəhətdən səmərəli avtomobillərə üstünlük verirlər”.

Çörəyin dəyərinin itməsi əslində, daha böyük problemin kiçik bir hissəsidir. Söhbət cəmiyyətin əxlaqının, tərbiyəsinin və dəyərlər sisteminin zəifləməsindən gedir. Mən də ona görə deyirəm ki, biz nəyin qədrini bilirik ki, çörəyin də qədrini bilək?! Çörək ucuz olduğuna görə insanlar ona da dəyər vermirlər”.

Mövzunu davam etdirən qida eksperti Ağa Salamov qeyd edib:

“Cəmiyyət müharibəni, çətin günləri, kasıbçılığı, yamaqlı şalvarı, bir tikə çörək uğrunda aparılan mübarizəni görmüş cəmiyyətdir. Amma indiki cəmiyyət nə qədər çətinlik çəksə də, çörək əvvəlki dövrlərlə müqayisədə daha əlçatandır. Hətta kinayəli bir ironiya olsa da, bu gün bəzi insanlar zibil qutularının yanında belə çörək tapa bilirlər.

Təkcə çörək deyil, başqa qida məhsulları da tullantıya çevrilir. Mənim yadıma gəlir, biz uşaq olanda anam çörəyi heç vaxt tullamazdı. Evdə altı uşaq idik. Hər gün üç-dörd çörək alınardı. Əgər çörək artıq qalardısa, onu suxarı edərdik və ya sobanın, dəmirin üstündə qızardıb yeyərdik. Amma çörəyi heç vaxt zibilə atmazdıq. Çünki bu, mədəniyyətsizlik, bərəkətə hörmətsizlik hesab olunurdu və biz bu cür tərbiyə almışdıq”.

Ekspert bildirib ki,israfın qarşısını alan, uşaqlarını bu ruhda böyüdən ailələr də çoxdur:

“Amma bir çox hallarda belə olmur. Nəticədə çörək və digər qida məhsulları rahatlıqla tullantıya çevrilir. İnsanlar düşünür ki, "yenisini alaram", "hazır suxarı mağazada satılır". Məhz qida məhsullarının daha əlçatan olması və bolluq hissi qida tullantılarının sayını və həcmini günbəgün artırır. Bu isə olduqca acınacaqlı vəziyyətdir. İsrafın nə qədər ciddi məsələ olduğunu sadə bir misalla izah etmək olar. Təsəvvür edin ki, siz 1 milyon manat udmusunuz, amma sizə 999 min 999 manat 99 qəpik verirlər. Siz bunu qəbul etməzsiniz və deyərsiniz ki, çatışmayan məbləği də əlavə edin ki, tam 1 milyon olsun. Deməli, cəmi 1 qəpik belə əhəmiyyətlidir.

Əgər kimsə bunu maddi baxımdan problem hesab etmirsə, heç olmasa təbiəti düşünməlidir. Tullantıya çevrilən hər bir qida məhsulu karbon emissiyalarının artmasına səbəb olur, karbon izini böyüdür və nəticədə iqlimə, ekologiyaya birbaşa mənfi təsir göstərir. Buna görə də qida israfı təkcə iqtisadi deyil, həm də ciddi ekoloji problemdir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!