Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

saytların hazırlanması

Evə çatdırılma

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Sosial

27 İyul 2026 17:49 193


“Rusiyanın üzməyə uyğun dənizləri çox azdır. Amma rusların 90%-i üzməyi, həm də yaxşı üzməyi bacarır. Valideynlər uşaqları 6-7 yaşlarında üzgüçüyə yollayır, üzgüçülük hovuzları da dövlətin mülkiyyətindədir və olduqca ucuzdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev "Facebook" hesabında yazıb.

O qeyd edib: “Əhalinin azı yarısının cəmləşdiyi Xəzər sahillərində dövlət mülkiyyətində olan sosial mahiyyətdə üzgüçülük hovuzları yox kimidir, bildiklərim də çox baxımsızdır. Düzgün üzməyi bacarmırıq deyə, hər il onlarca insan suda boğulur, ailələr faciə ilə üzləşir. Dominos pizza

Özüm məktəbdə oxuyanda "Semaşko"nun altında yerləşən üstü açıq bir hovuza gedirdim. Pulsuz deyiləcək qədər ucuz idi. Sonra oranın ərazisi Beynəlxalq Təhsil Kompleksinə verildi və Bakı sakinləri öz övladlarını yay aylarında üzgüçülük kursuna göndərə bilmədilər”.

Vəkil bildirib ki, hazırda pullu üzgüçülük kursuna getmək də hər valideynin büdcəsinə uyğun gəlmir:

“Varlı ya da kasıb olun, boğazınızdan kəsib uşaqlarınızı üzgüçülük kursuna göndərin, oğlanlı-qızlı. Düzdür, bu onları bədbəxt hadisələrdən dəqiq sığortalamayacaq, amma üzməyi bacarmaq hər bir vətəndaş üçün zəruri bacarıqlardan birisidir.

Quruda və dənizdə, Allah övladlarınızı qorusun”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!