Uşaq evindən milli komandaya - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Uşaq evindən milli komandaya - Fotolar

İdman

27 İyul 2026 18:07 136


UEFA-nın rəsmi saytında Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Fidan Cəfərovanın həyat yolundan bəhs edən yazı yayımlanıb.

"Yeni Sabah" xəbər verir ki, QOL.az-ın yaydığı məlumata görə, məqalədə AFFA və Azərbaycanın Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi sosial layihədən söz açılıb. Bildirilib ki, layihənin məqsədi valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni imkanlar yaratmaq, onlarda özünəinamı artırmaq, dostluq münasibətlərini inkişaf etdirmək və idmana marağı təşviq etməkdir.

Hazırda Türkiyənin "Hakkarigücü Spor" klubunda çıxış edən milli üzvü Fidan Cəfərova uşaqlıq illərində futbolun onun üçün sadəcə idman növü olmadığını bildirib: pizza sifarişi

"Uşaq evində böyüyəndə bəzən xəyal qurmaq belə lüks kimi görünür. Futbol mənim ailəm oldu".

Futbolçu 9 yaşında Şəki Qarışıq Tipli Uşaq Evinə yerləşdirildiyini, daha sonra AFFA-nın dəstəyi ilə fəaliyyət göstərən "Marhal" qızlar klubunda məşqlərə başladığını deyib:

"Elə günlər olurdu ki, məşqə getməli olduğum üçün ağlayırdım. Amma dostum, Azərbaycanın gənclər millisinin üzvü Nahidə Məmmədova həmişə mənə dəstək olurdu. Məşqçilərim futbolu sevməyimə səbəb oldular. Futbol mənim həyat yoluma çevrildi".

11 yaşında U-15 millisinə dəvət alan Fidan sonradan bütün yaş qruplarını keçərək əsas yığmaya yüksəlib. O, futbolun həyatını tamamilə dəyişdiyini vurğulayıb:

"U-15 millisindən dəvət almağım hər şeyi dəyişdi. Ondan əvvəl gələcəyim haqqında çox düşünmürdüm. Uşaq evində böyüyəndə əsas diqqətin bu günə yönəlir, çünki sabahın necə olacağını bilmirsən. Futbol mənə məqsəd verdi. Bu gün futbol mənim ailəm, dostlarım və ən böyük dayağımdır. O, mənə özümə inanmağı öyrətdi".

Fidan Cəfərova valideyn himayəsindən məhrum uşaqlara da səslənərək onlara ümidlərini itirməməyi tövsiyə edib:

"Heç vaxt ümidinizi itirməyin. Futbol çoxlu qapılar açır. Sizə futbolun qızlar üçün olmadığını deyə bilərlər. Amma hər uğurlu hekayə yüzlərlə insan üçün yeni imkan yaradır".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!