Xırdalan və Sumqayıt istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib.
Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Onun sözlərinə görə, layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb. Toyuqlu pizza
O bildirib ki, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.
Bəxtiyar Məmmədov vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.
Aytəkin Əzizqızı
Telegram kanalımız