Putin qanunu sərtləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Putin qanunu sərtləşdirdi

Dünya

26 İyul 2026 17:47 288


Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.

Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır. pizza hut

Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb./ Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!