Hörmüzdə tanker minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hörmüzdə tanker minaya düşdü

Dünya

26 İyul 2026 17:11 237


İranla razılaşdırılmamış marşrut üzrə hərəkət edən tanker Hörmüz boğazında minaya düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Defa Press agentliyi məlumat yayıb.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Marqarita pizza

Xatırladaq ki, rəsmi Vaşinqton və Tehran arasında sonuncu dəfə atəşin dayandırılması ilə bağlı razılq əldə olunandan sonra iyulun 8-də Amerika Birləşmiş Ştatları qüvvələri İran ərazisinə zərbələr endirib. Bu addımın Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq atıldığı bildirilib. İran da, öz növbəsində, Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman da daxil olmaqla, ABŞ-nin Yaxın Şərqdəki hədəflərinə zərbələr endirməyə başlayıb.

Tərəflər iyulun 24-də atəşi dayandırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!