Bakıda bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu ərazilərdə işıq olmayacaq

Sosial

26 İyul 2026 22:26 180


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 27-də aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.

"Azərişıq" ASC-dən "Yeni Sabah"a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq. pizza mizza

Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!