Yayın səssiz təhlükəsi   - Bu kiçik canlı ölümcül viruslar daşıya bilər

saytların hazırlanması

Evə çatdırılma

Yayın səssiz təhlükəsi - Bu kiçik canlı ölümcül viruslar daşıya bilər

Sağlamlıq

27 İyul 2026 00:00 131


Yay aylarında insanların ən çox üz tutduğu parklar, meşəlik ərazilər, piknik məkanları və kənd təsərrüfatı sahələri görünməyən, lakin ciddi təhlükə yaradan bir risklə üz-üzə qalır. Kiçik ölçüsünə baxmayaraq, gənələr təkcə narahatlıq yaradan həşəratlar deyil, həm də onlarla təhlükəli infeksiyanın daşıyıcısı hesab olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu canlıların yaratdığı təhlükə əksər insanların düşündüyündən daha böyükdür və onların dişləməsi bəzi hallarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilən xəstəliklərlə nəticələnə bilər.

“Yeni Sabah” xəbər verir ki, ekspertlərin sözlərinə görə, gənələr 200-dən çox müxtəlif xəstəlik törədicisini daşıya bilir. Havaların istiləşməsi ilə onların aktivliyi əhəmiyyətli dərəcədə artır və bu da yoluxma riskini yüksəldir. Xüsusilə otluq ərazilərdə, meşələrdə, bağlarda və heyvanlarla təmasda olan şəxslərin daha diqqətli olması tövsiyə edilir.

Həkimlər bildirirlər ki, bir çox insan gənə dişləməsini ciddi qəbul etmir və bunu adi həşərat sancması kimi qiymətləndirir. Halbuki, bəzi gənə növləri ağır virus və bakteriyaların daşıyıcısıdır. Onların yoluxdurduğu xəstəliklər arasında yüksək hərarət, daxili qanaxmalar, sinir sistemi zədələnmələri və digər ağır fəsadlarla müşayiət olunan hallar da var. Sezar pizza

Həkimlər xüsusilə xəbərdarlıq edirlər ki, gənələrin daşıdığı bəzi viruslar ölümcül nəticələrə səbəb ola bilər. Buna görə də təbiətdə olduqdan sonra bədənin diqqətlə yoxlanılması, gənə aşkar edildikdə onu düzgün üsulla çıxarmaq və vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək vacib hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, yay mövsümündə gənələrə qarşı maarifləndirmənin artırılması, qoruyucu geyimlərdən istifadə və riskli ərazilərdə ehtiyat tədbirlərinin görülməsi yoluxma hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!