Rusiya Prezidenti Vladimir Putin məlumat mənbələri və bloqerlərlə bağlı açıqlama verib.
''Yeni Sabah'' xəbər verir ki, Putin ona daxil olan bütün informasiyaların toplandığı yerdə olduğunu deyib.
“Mən ümumiyyətlə bütün mövcud məlumatların toplandığı yerdəyəm”, – deyə Putin bildirib. pizza hut
Rusiya lideri bəzi bloqerləri izlədiyini və onların bəzən “dəqiq məqama toxunmalarına” sevindiyini qeyd edib.
Putin əlavə edib ki, çoxlu sayda informasiya toplumu mövcuddur və müxtəlif səhifələr insanları yanlış istiqamətləndirə bilər.
Onun sözlərinə görə, yekun nəticələrə ona daxil olan bütün məlumatların məcmusu əsasında gəlir.
Putin həmçinin Ukraynadakı müharibədə iştirak edən rus hərbçiləri barədə də danışıb.
“Xüsusi hərbi əməliyyatın qəhrəmanları tarix yazırlar”, – deyə Putin bildirib.
O, qeyd edib ki, gələcək nəsillər bu insanların nümunələrindən öyrənəcəklər və bunun üçün artıq çox iş görülür.
Putin əlavə edib ki, xalqın şüurunda xidmət etdikləri işin əhəmiyyətini möhkəmləndirmək lazımdır.
“Hazırda sizin üçün məndən daha çətindir, çünki siz həyatınızı riskə atırsınız”, – deyə Putin hərbçilər haqqında bildirib.\Bizim.Media
Telegram kanalımız