Putin vaxt qazanmaq üçün görün nə edir

saytların hazırlanması

Evə çatdırılma

Putin vaxt qazanmaq üçün görün nə edir

Dünya

26 İyul 2026 10:43 1512


Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın ABŞ Senatında Rusiyaya qarşı tətbiq ediləcək "cəhənnəm sanksiyaları" haqqında qanun layihəsinin səsverməsini pozmağa cəhd göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa bildirib.

O xatırladıb ki, son illərin təcrübəsi göstərir: hər dəfə, xüsusilə ABŞ tərəfindən Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar gündəmə gələndə, Vladimir Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir. pizza hut

"Onun ən sevimli silahı saxta diplomatiya, səmimiyyətdən uzaq telefon danışıqları və formal xarakter daşıyan görüşlərdir", – deyə Sibiqa vurğulayıb.

Nazir sanksiya təzyiqinin artırılmasının təkcə vaxtında atılan addım deyil, həm də Kremlin müharibəni real şəkildə dayandırmağa məcbur edilməsi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, ABŞ Senatının Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini gələn həftə müzakirəyə çıxara biləcəyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!