İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xəzər dənizində İslam Respublikasına məxsus ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacağını bəyan edib.
''Yeni Sabah'' xəbər verir ki, bu barədə "Fars" agentliyi İran parlamentinin vitse-spikeri Əli Nikzadın bəyanatına istinadən məlumat yayıb.
"Ölkəmizə və ərazimizə qarşı təcavüzün həyata keçirildiyi istənilən nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək. Ukrayna hökumətinin uzaqgörənlikdən uzaq addımları cavabsız qalmayacaq", - deyə o vurğulayıb. Dominos pizza
Xatırladaq ki, ötən gün İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini, nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu açıqlayıb.
Telegram kanalımız