CeyLo üçün ən cazibədar kişi obrazı

saytların hazırlanması

Evə çatdırılma

CeyLo üçün ən cazibədar kişi obrazı

Şou

26 İyul 2026 23:21 116


Müğənni və aktrisa Cennifer Lopez kişilərdə ən cazibədar hesab etdiyi xüsusiyyəti açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, sənətçi Siciliyada keçirilən "Dolce & Gabbana" dəfiləsində çıxışı zamanı bu barədə danışıb.

"Bu, nə bahalı saatdır, nə avtomobil, nə də şəxsi təyyarə. Bunlar xoşdur, amma əsl cazibə kişinin səhər yatağını yığması və ya axşam yorğun olanda qabları yumasıdır" deyə, Lopez bildirib. Sezar pizza

İfaçı əlavə edib ki, qadınlar çox vaxt bütün işləri öz üzərinə götürür və məişətdə göstərilən dəstək onun üçün əsl sevgi jestidir.

Qeyd edək ki, Cennifer Lopez bu günlərdə 57 yaşını qeyd edib. O, ad günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək həyatında yeni mərhələdən zövq aldığını vurğulayıb. Müğənni ötən il aktyor Ben Afflekdən boşandıqdan sonra verdiyi müsahibələrdə ürək ağrılarının onu daha da gücləndirdiyini söyləmişdi./axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!