Masallı rayonunda çayda çimərkən xəsarət alan Cəlilabad sakini xəstəxanada dünyasını dəyişib.
''Yeni Sabah'' xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisindən axan çayda baş verib.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır travma alıb. Bakıdakı xəstəxanalardan birində 10 gün ərzində müalicə olunmasına baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün tibb müəssisəsində vəfat edib. pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız