İllərdir davam edən qalmaqalda yeni qərar –   Məhkəmə son nöqtəni qoydu + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İllərdir davam edən qalmaqalda yeni qərar – Məhkəmə son nöqtəni qoydu + VİDEO

Şou

27 İyul 2026 19:08 327


Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında uzun illərdir davam edən qarşıdurma və qarşılıqlı ittihamlar Azərbaycan şou-biznesinin ən çox müzakirə olunan qalmaqallarından birinə çevrilib.  

"Yeni Sabah" xəbər verir ki,  Afət Fərmanqızı  Vəfa Şərifova və qardaşı Rəşad Şərifovun onun barəsində Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etdiklərini açıqlayıb:

“Dəyərli dostlar, bu səhəri xoş xəbərlə açdım. Vəfa Şərifova və qardaşı Rəşad Şərifov barəmdə Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdilər. Lakin məhkəmə onların şikayətini təmin etmədi və rədd etdi. Bu işdə peşəkar hüquqi dəstəyinə görə vəkilim, dəyərli el oğlum Rəşad Abdullayevə dərin təşəkkürümü bildirirəm. pizza

Əziz dostlar, məni bu qələbə münasibətilə təbrik edə bilərsiniz. Sonda isə bir daha qeyd etmək istəyirəm: yaşasın güclü Azərbaycan, yaşasın güclü məhkəmə-hüquq sistemi!”

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!