“10 gündür Bakıda kirayə mənzil axtarıram.Nə şəhərin mərkəzində,nə də kənar ərazilərdə ürəyimcə olan bir mənzil tapa bilmirəm. O qədər "əmma" var ki, desəm, bitməz”.
“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artist Elxan Rzayev bildirib.
O qeyd edib ki, dövlət dəstəyi ilə incəsənət sahəsində çalışan insanlar üçün ayrıca ipoteka proqramı həyata keçirilməsinə ehtiyac var: pizza hut
“İncəsənət adamları da orada yaşaya bilərdilər. Amma məsələ bununla da bitmir. Kirayə mənzillərə baxırsan, görürsən ki, yaşadığın mənzilin eyvanı ilə qonşunun eyvanı arasında demək olar ki, məsafə yoxdur əlini uzatsan, o biri eyvana çata bilərsən.
Mən isə belə məsələlərdə çox həssasam. Mənim üçün bir mənzildən digər mənzilin içinin və ya eyvanının görünməsi yolverilməzdir.
Çox xırda detallara varmaq istəmirəm. Ona görə də hələlik istədiyim kirayə mənzili tapa bilməmişəm”.
Aydan Hacı
Telegram kanalımız