İspaniyada 2026-cı ilin əvvəlindən bəri müşahidə olunan rekord isti hava şəraiti minlərlə insanın ölümünə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes Madriddə keçirilən tədbirdə bildirib ki, bu il ölkədə ekstremal istilərlə əlaqədar ölənlərin sayı 3 800 nəfəri ötüb.
Onun sözlərinə görə, 2026-cı ildə baş verən meşə yanğınları nəticəsində 150 min hektara yaxın ərazi yanıb, 13 nəfər həyatını itirib. Baş nazir iqlim böhranının ən çox həssas əhali qruplarına zərbə vurduğunu vurğulayıb. Sezar pizza
Pedro Sançes qeyd edib ki, iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiə imkanları zəif olan yaşlılar, uşaqlar, açıq havada çalışanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər daha böyük risk altındadır.
Bundan əvvəl İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) 2026-cı ilin ilk altı ayının son 65 ilin ən isti dövrü kimi qeydə alındığını açıqlamışdı. Həmçinin iyun ayı ölkənin meteoroloji müşahidələr tarixində ikinci ən isti iyun ayı olub. Həmin dövrdə orta temperatur iqlim normasını 3,2 dərəcə üstələyib.
Telegram kanalımız