Əməkdar artist Səbinə Babayeva uzun illərdən sonra səhnədən uzaq qalmasının əsl səbəbini deyib.
“Yeni Sabah” xəbər verir ki, müğənni bu barədə “Günə uğurla” proqramında danışıb.
O bildirib ki, şəxsi həyatında yaşadığı çətinliklər yaradıcılığına da ciddi təsir göstərib: Marqarita pizza
“Təxminən 10 il səhnədən uzaq qaldım. Onun 3 il yarımını Moskvada yaşadım. 2 ildir qayıtmışam və hər şeyi sıfırdan başlayıram. Bu, çox çətindir. Düşünməzdim ki, tanınmış müğənni, Əməkdar artist belə unudular. Adam efirdə olmayanda unudulur”.
S.Babayeva etiraf edib ki, ailəsinin dağılması və boşanması onun psixoloji durumuna ağır təsir göstərib:
“Ailəmlə bağlı psixoloji gərginlik yaşadım. Elə bir vəziyyətə çatmışdım ki, sıfırlanmağa ehtiyacım var idi. Qismətim belə gətirdi ki, boşandım, ailəm dağıldı. Bu, mənə çox pis təsir etdi. Özümdə deyildim, depressiyada idim”.
Müğənni rejissor Cavidan Şərifovla ailəli olub.
Aydan Hacı
Telegram kanalımız