Mən onu belə böyük bir səhv edəcək... - Taleh Yüzbəyovun həmkarı

saytların hazırlanması

Evə çatdırılma

Mən onu belə böyük bir səhv edəcək... - Taleh Yüzbəyovun həmkarı

Şou

27 İyul 2026 16:53 163


Şükran Soltanov həmkarı Taleh Yüzbəyovun gündəm olan reklam çarxına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, aktyor “Zarafat bir yana” verilişində reklamda heç kimi təhqir elementinin olmadığını qeyd edib:

“Taleh Yüzbəyov ağıllı, nə danışdığını bilən insandır. Mən onu belə böyük bir səhv edəcək, kütləvi şəkildə səhv bir söz işlədəcək insan kimi görmürəm. pizza hut

Açıq deyim, orada səhv və ya pis bir şey deməyib, kimisə aşağılamayıb. Mən estetik etdirən xanımlara da pis baxmıram. Məncə, bir xanımın hər hansı estetik prosedura ehtiyacı varsa, bunu edə bilər. Müəyyən yaşdan sonra bəzi prosedurları etdirmələri də normaldır. Taleh bəy də orada kimisə incidəcək, təhqir edəcək və ya aşağılayacaq bir söz deməyib. Bu, onun fikridir və buna normal yanaşmaq lazımdır. Sadəcə, bunu bu qədər böyütmək, kimsə onun üzərindən gündəm yaratmağa çalışmaq əvəzinə, yaxşı işlərlə məşğul olsunlar. Elə bir şey çəksinlər ki, deyək, necə gözəl iş görüblər. Əsas odur ki, reklam tutarlı oldu, baxıldı və gündəm yaratdı.

Kişilər də saç əkdirir. Mən niyə etdirməyim? Saçım tökülsün, gəzəm?!”

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!