"Neftçi"nin Belarusun "Dinamo" (Minsk) klubuna qarşı cavab oyunu üçün səfər proqramı müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq oyun üçün "ağ-qaralar"iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.
Baş məşqçi Yuri Vernidubun mətbuat konfransı keçiriləcək və komandanın media üçün açıq məşqi baş tutacaq. Marqarita pizza
"Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.
Telegram kanalımız