ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi

ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi

Dünya Veb saytların hazırlanması

30 Sentyabr 2022 09:30 847


ABŞ-ın altı ştatı bəzi amerikalıların tələbə borclarını silmək qərarına görə prezident Co Baydenə, həmçinin Təhsil Departamenti və onun rəhbəri Migel Kardona qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırıb.

Yenisabah.az xarici KİV-ə istinadən bildirir ki, kollektiv məhkəmə iddiası Ayova, Kanzas, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırılıb.

“Heç bir qanunvericilik Prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə icazə vermir”, - iddiada qeyd olunub.

Arkanzas ştatının baş prokuroru Lesli Rutlec aydınlaşdırıb ki, qanunla Təhsil Departamenti balansda olan borcları toplamalıdır və dövlət başçısının bunu heç bir şəkildə ləğv etmək səlahiyyəti yoxdur./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!