YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
ABŞ İrana və Çin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ İrana və Çin şirkətlərinə sanksiya tətbiq etdi

Dünya

30 Sentyabr 2022 11:54 498


ABŞ İranın neft-kimya və neft ticarəti ilə məşğul olmaqda ittiham etdiyi, o cümlədən beşi Çində yerləşən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson bildirib:

"İran Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasına qarşılıqlı şəkildə qayıtmaqdan imtina etdikcə, Birləşmiş Ştatlar İran neftinin və neft-kimya məhsullarının satışına qarşı sanksiyalarını tətbiq etməyə davam edəcək".

ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin 2 Çin şirkətinə - "Zhonggu Storage and Transportation Co Ltd" və "WS Shipping Co Ltd"-yə qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Blinken "Zhonggu Storage and Transportation Co Ltd"-ni İran nefti üçün kommersiya tipli xam neft anbarı idarə etməkdə və "WS Shipping Co Ltd"-ni İran neft məhsullarını daşıyan gəmini idarə etməkdə ittiham edib.

ABŞ Xəzinədarlığı, həmçinin İranın yüz milyonlarla dollar dəyərində neft-kimya və neft məhsullarının Cənubi və Şərqi Asiyaya satışı ilə məşğul olan şirkətlər şəbəkəsinə də sanksiya tətbiq edib.

Maliyyə Nazirliyinin məlumatına görə, aksiya Birləşmiş Ərəb Əmirlikləri, Honq-Konq və Hindistandakı İran brokerlərini və ön şirkətlərini hədəf alıb.

Vaşinqton xəbərdarlıq edib ki, Tehran nüvə proqramını sürətləndirməyə davam etdikcə, İran tərəfindən neft və neft məhsullarının satışına qarşı sanksiyaların tətbiqini sürətləndirməyə davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!