"Abrams" tankları tezliklə Ukraynada olacaq.
Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Ramşteyn toplantısında deyib.
"31 ədəd M1 markalı "Abrams" döyüş tankı tezliklə Ukraynaya çatmalıdır", - o əlavə edib.
"Politico" daha əvvəl qeyd etmişdi ki, 200 Ukrayna hərbçisi Almaniyadakı poliqonlarda "Abrams" tanklarının idarə edilməsi üzrə təlim keçib.
Telegram kanalımız