Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik Günüylə bağlı tədbirlərin qadağan olunmasına rəqğmən ABŞ rəsmisi Rusiyanın yaxın günlərdə Ukraynanın infrastrukturunu hədəf alan hücum planlaşdırdığı barədə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, Ukraynanın Sovet İttifaqından ayrılaraq müstəqilliyinin 31-ci ildönümünü qeyd edəcək Müstəqillik Günü də müharibənin altıncı ayına təsadüf edir.
Ukrayna bəyan edib ki, Rusiya Zaporojye AES-in şimal və qərbindəki bir çox şəhərə raket zərbələri endirib. Toyuqlu pizza
Rusiyanın fevralın 24-də başladığı işğaldan sonra mart ayında ələ keçirdiyi Zaporojya Avropanın ən böyük atom elektrik stansiyasıdır.
ABŞ rəsmisi mülki şəxslərin də zərər çəkə biləcəyi ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, Rusiya “yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə hücum etmək üçün səylərini artıracaq”.
Telegram kanalımız